Fəhlələri daşıyan avtobus çaya düşdü: Xeyli sayda yaralanan var

Hadisə

Goranboy rayonunda fəhlələri daşıyan avtobus körpüdən çaya düşüb.

Hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Pambıq sahəsindən fəhlələri gətirən avtobusun çaya düşməsi nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.