Gürcüstanda azərbaycanlı qətlə yetirildi
- 24-10-2017, 09:50
- 59 665
30 yaşlı Məcid Məmmədovun qətlinə səbəbin borc olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, M.Məmmədov ona borclu olan şəxsdən pulu ala bilməyib və əvəzində qiymətli əşyalar tələb edib.
Qətli törədən şəxs artıq müəyyən olunub və onun həbsi üçün tədbirlər həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb.