Azərbaycanda orta məktəbdə faciə

Hadisə

Ucar rayonunda orta məktəbdə ölüm hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Ucar şəhərinin 2 saylı tam orta məktəbində qeydə alınıb.

Məktəbdə laborant kimi çalışan Ucar rayon sakini, 1951-ci il təvəllüdlü Zeynəb Əjdər qızı Müslümovanın məktəbdə qəflətən halı pisləşib. Məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi Z.Müslümova dünyasını dəyişib.

Onun ürək tutmasından öldüyü ehtimal edilir. Fakt araşdırılır.