Bakıda daha bir marşrut qəzası - Yaralılar var + Foto
- 9-10-2017, 10:38
- 57 038
Hadisə bu gün təxminən saat 09:00 radələrində Həzi Aslanov metrostansiyasının yaxınlığında baş verib.
57 saylı marşrut avtobusu yük maşınını ötməyə çalışan zaman həmin avtomobillə toqquşub. Nəticədə sərnişinlərdən 2 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım cəlb edilib.