Bərdə xəstəxanasında 3 günlük körpə öldü

Hadisə

Bərdə xəstəxanasında üç günlük körpə ölüb.

Bərdə rayon sakini Hüseynova Ofeliya Aydın qızı oktyabrın 4-də rayon mərkəzi xəstəxanasının Doğum evində oğlan uşağı dünyaya gətirib.

Körpə bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, bu, O.Hüseynovanın dördüncü övladı olub.