Sumqayıtda sərnişin avtobusu ağır qəzaya düşdü: 7 yaralı
- 6-10-2017, 14:10
- 90 961
Hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hyundai" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.