Xaçmazda silahlı insident - 61 yaşlı kişi güllələnib

Hadisə

Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb. Hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlu bel nahiyəsində güllə yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ov tüfəngi ilə həmkəndlilərindən birinin xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.