Cəlilabadda iki uşaq atası intihar etdi

Hadisə

Cəlilabad rayonunda iki uşaq atası intihar edib.

Hadisə rayonun Dostəli kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Mübariz Musa oğlu Şahbazov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.