Azərbaycanda ər arvadını döyərək öldürdü - 3 uşaq yetim qaldı

Hadisə

Gədəbəydə qətl olub.

Məlumata görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat yoldaşı 1978-ci il təvəllüdlü Əsgərova dürdanə Məcid qızını döyərək qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən Z. Allahverdiyev saxlanılıb.

Qətlə yetirilən qadın 3 övlad anası olub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.