Bakıda yol polisi yoxa çıxıb - Axtarılır

Hadisə

Azərbaycanda yol polisi yoxa çıxıb.

xalqxeber.az xəbər verir ki, bu haqda məlumatı Vətəninfo.az saytı yayıb. Daxili İşlər Nazirliyindən saytın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib: “Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

***

Xəbərə görə, yoxa çıxan polis ailəlidir, bir övladı var. Hazırda onun axtarışı davam edir.