Bakıda avtobus dayanacağa çırpıldı - Yaralanan var, sürücü qaçdı
- 14-09-2017, 09:46
- 39 481
39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.
Sürücünün hadisə yerindən qaçdığı bildirilir.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.