Bakıda sərnişinlə dolu marşrut alışıb (VİDEO)

Hadisə

Bir neçə dəqiqə bundan əvvəl metronun “Qara Qarayev” stansiyasının yaxınlığında marşrut avtobusu od tutub.

Məlumata görə, qəfildən alışan avtobusu sərnişinlərin vaxtında tərk etməsi bədbəxt hadisələrin qarşısını alıb.

Avtobusun 38 saylı xətt üzrə hərəkət etdiyi bildirilir.

FHN-nin yanğınsöndürənləri dərhal hadisə yerinə gəlib və yanğının qarşısını vaxtında almaq mümkün olub.