Bakıda metroda dava: oğlan söyüş söyən qadına şillə vurdu - FOTO
- 13-09-2017, 15:30
- 54 220
Hadisə şahidlərinin verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.
Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan düşürdülüb.
Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.