Sumqayıtda evə silahlı basqın olub
- 13-09-2017, 14:31
- 54 106
DİN-dən daxil olan xəbərə görə, sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.
A.Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.
İlkin ifadəsi zamanı A.Tağızadə zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı Q.Əliyevlə birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.