Ağdaşda çaqqallar toya hücum etdi
- 12-09-2017, 11:24
- 36 604
Hadisə gecə saatlarında, rayonun Bulaqotu kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin ərazisində keçirilən toy mərasiminə qəfil hücum edən çaqqallar beş nəfər yerli sakinə xəsarət yetiriblər.
Yaralılar - 1942-ci il təvəllüdlü Kamilə Şəmi qızı Qarayeva, 2001-ci il təvəllüdlü Vüqar Yadigar oğlu Hacıyev, 2008-ci il təvəllüdlü Sultan Əziz oğlu Əzizov, 1976-cı il təvəllüdlü Rəşad Nizami oğlu Məmmədov, 1987-ci il təvəllüdlü Valeh Mübariz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.