Bakıda 6 maşın toqquşdu

Hadisə

Bu dəqiqələrdə paytaxtın Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

6 maşının toqquşması prospektdə böyük tıxac yaradıb.

Qeyd edək ki, qəzaya düşən maşınlardan biri “Hyundai” markalı səfirlik avtomobilidir. Qəzada zərər çəkən digər avtomobillər isə “Audi”, “Mercedes”, “Prado” və “Opel” markalı olub.