Bakıda mağazadan yarım milyon oğurlanıb

Hadisə

Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510.000 manat pul oğurlanıb.

DİN-in saytına istinadən xəbər veririk ki, sentyabrın 6-da Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov RPİ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510.000 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü-Abşeron rayon sakini Elçin Həsənov tutulub.