Kəlbəcərdə mina partlayışı olub
- Bu gün, 14:41
- 0
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb.
Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, üç baş xırdabuynuzlu heyvan yaralanıb.
Qeyd edək ki, həmin ərazidə oxşar hadisələr əvvəllər də baş verib.