Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub
- Bu gün, 16:03
- 0
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.
İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.