Bakıda parkda dəhşət: - 22 yaşlı qız özünü öldürdü

Hadisə

Bakıda intihar hadisəsi baş verib.Gecə saat 02:20 radələrində Qaraçuxur qəsəbəsində yerləşən parkdakı turnikdən 1995-ci il təvəllüdlü Tağıyeva Günel Samir qızının iplə asılmış meyiti tapılıb.

Gənc qızın hansı səbəbdən həyatına son qoyması məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.