İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
- 25-04-2026, 11:39
- 1 702
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Aprelin 23-ü saat 13 radələrində Kürdəxanı qəsəbəsində paytaxt sakini 1962-ci il təvəllüdlü Kazım Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılıb. O aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.