3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb
- 21-04-2026, 16:33
- 1 268
Bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında bildirilib.
Məlumata görə, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub.