Bakıda qəza olub, motosikletçi ölüb
- 20-04-2026, 09:35
- 1 003
Hadisə dünən gecə saatlarında Xəzər rayonunda baş verib.
Belə ki, Cəmil Behbudov idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Vüqar Əşrəfzadə idarə etdiyi motosikletlə toqquşub.
Qəza nəticəsində Vüqar Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.
Fakt üzrə cinayət işi başlanılıb.