Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
- 19-03-2026, 09:10
- 1 334
Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü E. Əlizadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Sabit Yusubov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.