Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
- 15-03-2026, 14:30
- 2 249
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.
Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.