Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb
- 13-03-2026, 17:30
- 1 741
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2006-cı il təvəllüdlü Z.Qurbanova və bir azyaşlı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.