İstanbulda terror aktı planlaşdıran 4 nəfər saxlanılıb
- 26-02-2026, 16:43
- 2 267
Sözügedən şəxslər Türkiyə xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı müəyyənləşib.
Kəşfiyyat tədbirləri ilə şübhəlilərin İstanbulda təşkilatın qeyri-qanuni strukturlarında fəaliyyət göstərdikləri ortaya çıxıb. Onların şəhərin müxtəlif kritik nöqtələrində silahlı və bombalı hücum həyata keçirməyə hazırlaşdıqları bildirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.