Salyanda faciə: Nazirlik işçilərini maşın vurub - ölən var
- 21-02-2026, 09:53
- 1 775
Səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin əməkdaşlarını avtomobil vurub.
Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır (APA).