Abşeronda maşın yanıb: 1 ölü, 2 yaralı
- 8-12-2025, 09:47
- 524
"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "BMW" markalı minik avtomobili anidən alovlanıb.
Nəticədə, nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq, Əlizadə Qurbanəli Ağa oğlu həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir.
Hadisənin baş vermə səbəbi araşdırılır.