Fazil Mustafaya sui-qəsd edən şəxsin oğluna 10 il həbs cəzası verildi
- 13-11-2025, 13:15
- 409
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Əbülfəz Səricanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, adıçəkilən şəxs DTX tərəfindən həbs edilib.
Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham irəli sürülüb.
O, DTX-də başlanılmış cinayət işi üzrə bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlığında təqsirləndirilib./Report