Salyanda “Kamaz”la “Mercedes” toqquşdu - Xəsarət alan var
- 6-11-2025, 15:43
- 496
Hadisə Salyan rayonunun Qarabağlı kəndi ərazisində qeydə alınıb. “Kamaz” markalı avtomaşın və “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan şəxs Vidadi Mənəfov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.