Kafedə kütləvi dava - Xəsarət alanlar var
- 20-10-2025, 10:51
- 641
Hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.
Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəminində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib.
Mübahisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.