Əməkdar artistin oğlu qəzaya düşdü
- 24-08-2017, 16:56
- 109 503
Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində aktyorun idarə etdiyi “BMV” markalı avtomobilinə ciddi ziyan dəyib.
Ç. İbrahim xəbəri təsdiqləyib:
“Hadisə iki gün bundan əvvəl baş verib. Avtomobilimi vurdular, qarşı tərəfin günahı idi. Amma hadisə olanda olur. Heç kim bundan sığortalanmayıb. Avtomobilimə ciddi ziyan dəyib. Əsas odur ki, özüm sağ-salamat qurtarmışam. Amma bu xəbərlə özümə reytinq qazanmaq istəmirəm”.
Qeyd edək ki, İbrahim əməkdar artist Çingiz Əhmədovun oğludur.
Yenicag.az