İsmayıllıda toyda dava düşdü: bəy bıçaqlandı
- 29-09-2025, 09:31
- 719
Hadisə Talıstan kəndində baş verib.
Toy zamanı Səid adlı bəyi tanışlarından biri çölə çağıraraq ona bıçaq xəsarətləri yetirib. Bu zaman insident yaranıb və toyda iştirak edən daha 3 nəfər də bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən 2002-ci il təvəllüdlü Elşən Babayev polis tərəfindən müəyyən edilərək saxlanılıb. (Mənbə: unikal)