Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü

Hadisə

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Rayonun Əsrik Cırdaxan kənd sakini 2016-cı il təvəllüdlü Nilay Abdullazadəni maşın vurub. Azyaşlı xəstəxanaya çatıdırlsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb.