Bakıda və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
- 25-08-2025, 10:34
- 559
Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.
R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub