İşləmək üçün Serbiyaya gedən Lənkəran sakini yüksəklikdən yıxılaraq ölüb
- 2-08-2025, 18:13
- 466
Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov bir müddət əvvəl işləmək üçün Serbiyaya gedib.
Bir neçə gün əvvəl isə o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Mənsubov dörd gün komada qaldıqdan sonra ölüb. Meyitin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür.
Qeyd edək ki, H.Mənsubov bodibuildinq ilə məşğul olub.("Report")