Sumqayıtda orta məktəbdə bədbəxt hadisə: ölən var
- 21-08-2017, 13:31
- 83 807
Hadisə Sumqayıt şəhəri, 10-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.
xeberle.com