Bakıda kişi özündən 12 yaş balaca xalası oğlunu öldürməkdə şübhəli bilinir

Hadisə

 Bakıda kişi xalası oğlunu öldürməkdə şübhəli bilinir.

Hadisə ötən gün Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Hüseyn Şirinov bıçaqla xalası oğlu 1998-ci il təvəllüdlü Nail Həsənovu öldürüb. Hazırda Hüseyn Şirinovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.