48 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb - Bakıda
- 8-08-2017, 09:40
- 57 354
Hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib.
Qırx səkkiz yaşlı Vəfa Hacıyev sözü gedən ünvanda tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bir neçə bıçaq xəsarəti alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda Vəfa Hacıyevi bıçaqlayan şəxs və şəxsləri Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları axtarırlar.