Bakıda kran aşdı, fəhlə öldü

Hadisə

Bu gün günorta saatlarında Səbayıl rayonu Yeni Salyan şosesi 22 ünvanında yeni tikilməkdə olan binada bədbəxt hadisə baş verib.

“Portos” MMC şirkətinə məxsus qaldırıcı kran həmin tikintidə fəhlə işləyən 1960-cı il təvəllüdlü Bakı sakini Xəlilov Aqilxan İman oğlunun üzərinə aşıb. Nəticədə fəhlə dünyasını dəyişib.