Çörək sexi yanıb kül oldu

Hadisə

Tovuzda çörək sexi yanıb.

Hadisə Eldəniz Quliyev küçəsində qeydə alınıb. Nəsrəddin Məmmədova məxsus ümumi sahəsi 750 kvadratmetr olan sexin 350 kvadratmetri yanaraq yararsız hala düşüb. Əraziyə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 5 yanğınsöndürən avtomobili cəlb olununub.

Obyektin qalan hissəsi alovdan mühafizə edilib.

Hadisənin səbəbləri araşdırılır.