Maşın ağaca çırpıldı: parça-parça oldu
- 6-11-2024, 16:16
- 889
Hadisə saat 15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Zərbənin gücündən avtomobil bir neçə hissəyə bölünüb. Sürücü xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.(APA)
Faktla bağlı araşdırma aparılır.