Xudatda ağır qəza: 2 ölü, 1 yaralı
- 11-10-2024, 17:54
- 521
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, oktyabrın 11-i rayonun Xudat qəsəbəsi ərazisində VAZ-21011 və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.