Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var
- 15-09-2024, 12:30
- 812
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "TIR" markalı yük maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov və 1973 -cü il təvəllüdlü Vidadi Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov