Qubada mikroavtobus avtomobillə toqquşub, ölən və yaralılar var
- 29-08-2024, 09:02
- 856
Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.