Sumqayıtda “Lexus” aşdı, ölən var
- 12-08-2024, 09:34
- 475
Ötən gecə saat 00:30 radələrində 1991-ci il təvəllüdlü Elşad Məhəmmdəli oğlu Musayevin idarə etdiyi “Lexus” markalı avtomobil Hacı Zeynalabdin qəsəbəsinə gedən yolda aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.