Beyləqanda yol qəzası olub, ölən və xəsarət alanlar var
- 11-08-2024, 13:30
- 926
Hadisə saat 8 radələrində Beyləqan-Daşburun avtomobil yolunda qeydə alınıb. Qəza nəticəsində Xankişiyev Qabil Dədəkişi oğlu ölüb, xəsarət alanlar Kərimov İmamqulu Əsəd oğlu, Quliyev Ağa Təvəkkül oğlu, Hüseynov Şəhriyar İman oğlu, Fərzəliyev Elvin Salman oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.