Sumqayıtda FACİƏ: 8 yaşlı qız yanaraq öldü
- 5-08-2024, 15:34
- 631
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılan azyaşlı aldığı yanıq xəsarətlərindən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.