Kürdəmirdə sürücü qadın sərnişini döydü
- 19-07-2024, 09:55
- 667
Hadisə Karrar kəndi ərazisində qeydə alınıb.
Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 1955-ci il təvəllüdlü Tubu Musa qızı Kərimovanı döyüb hədələyərək üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.
Faktla bağlı araşdırma aparılır.